Bakıda kirayə mənzillər xeyli ucuzlaşıb

Bakıda ötən ay ərzində mənzillərin kirayəsi bazarında qiymətlər ucuzlaşıb.

SOSİUM.az xəbər verir ki, “MBA Group” konsaltinq şirkətinin baş direktoru, daşınmaz əmlak sahəsində ekspert Nüsrət İbrahimov bildirib ki, iyul ayında ucuz mənzillərin kirayə qiyməti 5.76 faiz, orta mənzillərin 3.69 faiz, bahalı mənzillərin isə 7.93 faiz ucuzlaışb.

Ekspert bildirib ki, qiymətlərin ucuzlaşmasına koronavirus pandemiya və mövsümi amillər təsir edib.

Oxşar xəbərlər