Peyvənd olunan sayı 450 mini keçdi

12 mart tarixində Azərbaycanda yeni koronavirus (COVID-19) infeksiyasına qarşı 9 221 nəfər vaksinasiya olunub.

SOSİUM.az xəbər verir ki, Nazirlər Kabineti yanında operativ qərargahdan verilən məlumata görə, hazırkı dövrədək ölkəmizdə koronavirus infeksiyasına qarşı 450 316 nəfər peyvəndlənmə prosesində iştirak edib.

Vaksinasiya respublikamızın bütün rayonlarında uğurla davam etdirilir.

Oxşar xəbərlər