“Yuventus” şapalaqla ayılmalı deyil”

“Yuventus”un baş məşqçisi Andrea Pirlo İtaliya A Seriyasının 5-ci turunda “Verona” ilə oyunu (1:1) dəyərləndirib.

SOSİUM.az xəbər verir ki, millinin sabiq ulduzu “Football Italia”ya belə danışıb:

“Biz onlar üstünlüyü ələ keçirəndən sonra vəziyyəti düzgün qiymətləndirməyə başladıq. Ancaq “Yuventus” şapalaqla ayılmalı deyil. Belə rəqiblər həmişə fərdi oynamaqla çətinlik yaradır”.

Turnir cədvəlində 5-ci pillədə mövqe tutan “Yuventus” çempionatdakı növbəti oyununu noyabrın 1-də səfərdə “Spetsia”ya qarşı keçirəcək.

Oxşar xəbərlər