Piyada keçidlərinə işıq lampaları quraşdırılır

Bakı Nəqliyyat Agentliyi (BNA) Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019–2023-cü illər üçün Dövlət Proqramının icrası çərçivəsində piyada təhlükəsizliyinin artırılması istiqamətində tədbirləri davam etdirir.

BNA-dan SOSİUM.az-a verilən məlumata görə, agentlik tərəfindən küçə və prospektlərdə yerləşən nizamlanmayan piyada keçidlərində sarı döyünən işıq lampalarının quraşdırılması işlərinə start verilib.

Məqsəd günün xüsusən qaranlıq və toran saatlarında sürücülərin daha diqqətli olmasını və piyada keçidlərini öncədən görməsini təmin etməkdir.

Oxşar xəbərlər