Poroşenkoya qarşı cinayət işi açıldı

Ukrayna Baş Prokurorluğu ölkənin keçmiş prezidenti Petro Poroşenkoya qarşı 2014-cü ildə offşor şirkətin qeydiyyatı faktı ilə əlaqədar cinayət işi açıb.

SOSİUM.az xəbər verir ki, bu barədə vəkil Andrey Portnov məlumat verib.

Poroşenko Ukrayna prezidentinin vəzifəsində olarkən, 2014-cü ilin avqust ayında Britaniyanın Virgin adalarının yurisdiksiyasında “Prime Virgin Partners Limited” şirkətini qeydiyyatdan keçirib.

Vəkilin sözlərinə görə, keçmiş prezident şirkətin qeydiyyatını gizlədib, bunu gəlir və maliyyə öhdəlikləri bəyannaməsində əks etdirməyib.

Bildirilib ki, şirkət qanunsuz fəaliyyətlərin həyata keçirilməsi, xüsusilə vergidən yayınma və cinayətdən əldə olunan gəlirlərin leqallaşdırılması üçün yaradılıb.

Oxşar xəbərlər