Premyer Liqada qış bazarlığı: Kim gəlir?

Bir çox ölkələrdə olduğu kimi, Azərbaycan Premyer Liqasında da qış fasiləsi yaranıb.
Budəfəki fasilə qısamüddətli olduğundan, klublar vaxt itirmədən heyətlərinə əl gəzdirməyə başlayıblar.
SOSİUM.az Premyer Liqa klublarının qış transferlərini və yollarını ayırdıqları futbolçuların siyahısını təqdim edir:
Qeyd edək ki, yanvarın 10-da rəsmən açıqlanacaq 2020/21 mövsümünün qış “transfer pəncərəsi” fevralın 10-da bağlanacaq.
Neftçi
Gələnlər: Orxan Qurbanlı (Səbail, icarədən qayıdıb).
Gedənlər: Prins İbara (Beerşot, Belçika, icarə müqaviləsinə xitam verilib), Cabir Əmirli (Sumqayıt, icarə).
Müqavilə müddəti uzadılanlar: yoxdur.
Qarabağ
Gələnlər: yoxdur.
Gedənlər: Musa Qurbanlı (Zirə, icarə), Donald Gerye.
Müqavilə müddəti uzadılanlar: Abdullah Zubir.
Zirə
Gələnlər: Musa Qurbanlı (Qarabağ, icarə), Nemanya Andelkoviç (Zlatibor, Serbiya), Filipe Pahtman (Lvov, Ukrayna, icarə).
Gedənlər: Kayo Rangel, Rəşad Eyyubov, Ali Sesay.
Müqavilə müddəti uzadılanlar: yoxdur.
Sumqayıt
Gələnlər: Cabir Əmirli (Neftçi, icarə), Mehdi Şərifi (Perspolis, İran), Höccət Haqverdi (Peykan, İran), Dmitri Nağıyev (Dinamo, Moldova).
Gedənlər: Kərəm Sultanov, Adəm Həmati.
Müqavilə müddəti uzadılanlar: Rüfət Abdullazadə, Səbuhi Abdullazadə.
Qəbələ
Gələnlər: yoxdur.
Gedənlər: yoxdur.
Müqavilə müddəti uzadılanlar: yoxdur.
Səbail
Gələnlər: Luka İmnadzeni (Samtredia, Gürcüstan), Milovan Petroviç (Vardar, Şimali Makedoniya).
Gedənlər: Arsen Ağcabəyov (Sabah, icarə müqaviləsinə xitam verilib), Orxan Qurbanlı (Neftçi, icarə müqaviləsinə xitam verilib), Əli Sadıxov, Murad Qayalı, Bəxtiyar Rəhmani (Dalkurd, İsveç), Elgün Nəbiyev.
Müqavilə müddəti uzadılanlar: yoxdur.
Keşlə
Gələnlər: Anatole Abanq (Şerif, Moldova), Nicat Qurbanov (Samtrediya, Gürcüstan), Sadio Tounkara (Narva Trans, Estoniya).
Gedənlər: Alvaro Tavareş (Lvov, Ukrayna, icarə müqaviləsinə xitam verilib), Aleksandr Kristovao, Şohrux Qadoyev, Artur Batista, Dmitro Klots
Müqavilə müddəti uzadılanlar: yoxdur.
Sabah
Gələnlər: Arsen Ağcabəyov (Səbail, icarədən qayıdıb), Bəxtiyar Həsənalızadə (klubsuz), Tiemoko Fofana (İlves, Finlandiya, icarə).
Gedənlər: Yevgeni Koçuk, Abbas Ağazadə, Ozan Can Kökcü (Telstar, Niderland, icarə), Ulisse Diallo, Nikola Vuyadinoviç.
Müqavilə müddəti uzadılanlar: Təmkin Xəlilzadə, Şakir Seyidov.

Oxşar xəbərlər