Prezident 38 il sonra həmin yerlərdə…

Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Şuşaya səfəri çərçivəsində illər əvvəl ulu öndər Heydər Əliyevlə birlikdə şəkil çəkdirdiyi ərazidə olub

SOSİUM.az xəbər verir ki, dövlət başçısı və birinci vitse-prezident qızları Leyla Əliyeva ilə birlikdə həmin ərazidə şəkil çəkdirib.

Prezident İlham Əliyev Heydər Əliyevin çəkdirdiyi fotonu da təqdim edib.

Foto 1982-ci il iyul ayının 29-u Şuşa şəhərində çəkilib. Həmin dövrdə Azərbaycan KP MK-nın 1-ci katibi olan Heydər Əliyev bir qrup mədəniyyət və incəsənət xadimi ilə Şuşada keçirilən Vaqif poeziya günlərində iştirak edib. Bu şəkil də tədbir ərəfəsində Şuşa şəhərinin gəzintisi zamanı lentə alınıb.

Oxşar xəbərlər