İlham Əliyev deputatı yüksək vəzifəyə təyin etdi

Prezident İlham Əliyev Ələt azad iqtisadi zonasının müvəqqəti idarəetmə qurumunun sədrinin təyin edilməsi haqqında sərəncam imzalayıb.

SOSİUM.az xəbər verir ki,  sərəncamla Valeh Feyruz oğlu Ələsgərov Ələt azad iqtisadi zonasının səlahiyyətli qurumu və onun İdarə Heyəti formalaşana qədər Ələt azad iqtisadi zonasının müvəqqəti idarəetmə qurumunun sədri təyin edilib.

Qeyd edək ki, V. Ələsgərov Milli Məclisi Sədrinin müavini vəzifəsini tuturdu.

Oxşar xəbərlər