İlham Əliyev ruandalı həmkarını təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev Ruanda Respublikasının Prezidenti Zati-aliləri cənab Pol Kaqameyə məktub göndərib.

SOSİUM.az xəbər verir ki, məktubda deyilir:

“Hörmətli cənab Prezident,

Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.

Azərbaycan ilə Ruanda arasında ikitərəfli əlaqələrin, beynəlxalq təsisatlar, xüsusən də Qoşulmama Hərəkatı çərçivəsində əməkdaşlığın inkişafı üçün imkanlar mövcuddur.

Fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, ölkənizə əmin-amanlıq və tərəqqi arzulayıram”.

Oxşar xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir