“Prezident mənə 3 otaqlı ev hədiyyə edib”

Prezident İlham Əliyev Xalq şairi Musa Yaquba 3 otaqlı mənzil hədiyyə edib.

SOSİUM.az xəbər verir ki, bu barədə Xalq şairi özü məlumat verib. M.Yaqub bildirib ki, mənzil 6 gün əvvəl onun ailəsinə təqdim olunub: “Mənimlə maraqlanıb, Xalq şairi kimi qiymətləndiriblər.
Doğrudur, evlə bağlı müraciət etməmişdim. Bu, onların qiymətləndirməsidir, soruşublar və belə bir qərara gəliblər. Azərbaycan Yazıçılar Birliyi də 20-30 il bundan öncə mənə ev vermişdi. Bu isə Prezidentin hədiyyəsidir. Dövlət başçısına təşəkkür edirəm”.

Oxşar xəbərlər