Prezident ona general-mayor rütbəsi verdi

Azərbaycan Prezidenti İlham Əliyev Elxan İbrahimovun rütbəsini artırıb.

SOSİUM.az xəbər verir ki, dövlət başçısının sərəncamı ilə tibb xidməti polkovniki Elxan Paşa oğlu İbrahimova “tibb xidməti general-mayoru” ali hərbi rütbəsi verilib.

Qeyd edək ki, E. İbrahimov Müdafiə Nazirliyinin Tibb Baş İdarəsinin rəis müavini vəzifəsini icra edir.

Oxşar xəbərlər