İlham Əliyev Vladimir Putinlə danışıb

Noyabrın 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Rusiya Federasiyasının Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

SOSİUM.az xəbər verir ki, Prezidentin Mətbuat Xidmətindən verilən məlumata görə, söhbət zamanı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və onun həlli yolları ilə bağlı məsələlər, döyüş bölgəsində vəziyyət müzakirə edilib.

Oxşar xəbərlər