Prezidentin köməkçisi: “Biz birlikdə koronavirusa qalib gələcəyik” – VİDEO

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Hande Harmancı tərəfindən “Təmiz əllər” kampaniyası keçirilib. Kampaniyanın məqsədi əlləri mütəmadi olaraq düzgün qaydada sabunla yumaq və diqqəti koronavirusla mübarizəyə yönəltmək olub.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən SOSİUM.az verilən məlumata görə, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin İdarə Heyətinin sədri Ramin Bayramlıdan estafeti qəbul edən Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Örl Litzenberqer kampaniyada iştirak edib və estafeti Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevə ötürüb.

Oxşar xəbərlər