Probasiya şöbəsində özbaşnalıq: üçüncü şəxsin telefonu vətəndaşın əlindən alındı

Redaksiyamıza Bakı şəhər sakini Ramazanov Emil İldıırım oğlu tərəfindən müraciət daxil olub.

Şikayətçi bildirib ki, onun dostunun məxsus 150 AZN miqdarında borcu yaranıb və yaxın müddətdə borc geri qaytarılmalıdır. Heç bir səbəb olmadan məndən şəxsimə məxsus telefonu əlimdən aldılar.

Buna baxmayaraq, Suraxanı rayon İcra və Probasiya şöbəsinin icra məmuru Röşən Əliyev tərəfindən ona  qarşı qanunsuzluq edildiyini və dostuma məxsusu olan “Huawei P Smart” markalı mobil telefonu onun əlindən alınıb.

Onun tərəfindən dəfələrlə Suraxanı rayon İcra və Probasiya şöbəsinin icra məmuru Röşən Əliyevə telefonun qaytarılması və bu qanunsuzluğa son qoyulması bildirilsə də, icra məmuru qanunlara məhəl qoymayaraq özbaşnalığını davam etdirdiyini deyib.

Şikayətçi baş vermiş hadisənin  işıqlandırılaraq aidiyyəti qurumların nəzərinə  çatdırılmasını, məsələnin nəzarətə götürülməsini, qanunsuzluq edən və Azərbaycan Respublikasının İcra haqqında qanunun tələblərinə əməl etməyən icra məmurunun cəzalandırılmasını xahiş edib.

Vətəndaş Emil Ramazanov tərəfindən hadisəni əks etdirən faktlar təqdim edilib. Portalımıza həmin icra məmuru ilə əlaqə saxlasa da, o bu məlumatları təkzib edib.

// insanhuquqlari.az

Oxşar xəbərlər