Putin Koçaryanın arvadı ilə görüşdü

Rusiya Prezidenti Vladimir Putin Yerevana səfəri çərçivəsində Ermənistanın eks-prezidenti Robert Koçaryanın həyat yoldaşı Bella Koçaryanla görüşüb.

SOSİUM.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

Bildirilib ki, görüş Rusiyanın Ermənistandakı səfirliyində keçirilib.

Onlar Robert Koçaryanın həbsi, Ermənistanın indiki hakimiyyətinin addımlarını müzakirə ediblər.

Xatırladaq ki, V.Putin oktyabrın 1-də Avrasiya Ali İqtisadi Şurasının iclasında iştirak etmək üçün Yerevana gedib.

Oxşar xəbərlər