Putindən Co Baydenə: sağlam olun!

Rusiya prezidenti Vladimir Putin onu “qatil” adlandıran ABŞ prezidenti Cozef Baydenə cavab verib.  Və “kim başqasını belə çağırırsa onun öz adı elədir” frazasını işlədib. “Mən ona nə cavab verərdim? Mən ona deyərdim: sağlam olun! Mən ona sağlamlıq arzu edirəm! Bunu ironiyasız, zarafatsız deyirəm”, – Putin əlavə edib.

Bir də ki, “meymun baxar güzgüyə, adın qoyar özgəyə” – deyən Putin ABŞ-ın Rusiya ilə hesablaşmalı olacağını da diqqətə çatdırıb.

Bundan əvvəl Putinin mətbuat katibi Dmitri Peskov Baydenin bəyanatını “çox pis bəyanat” adlandırmışdı. Onun sözlərinə görə, hələ tarixdə belə şey olmayıb. Peskov habelə qeyd edib ki, baş verənlər Vaşinqtonun Moskva ilə münasibət qurmaq istəyinin olmamasını göstərir.

Öz növbəsində Rusiya XİN ABŞ-dan Baydenin sözləri ilə bağlı izahat tələb edib. Nazirlik bəyan edib ki, iki ölkə arasında münasibətlər dalana dirənib.

Oxşar xəbərlər