Qəza yerindən qaçan sürücü saxlanılıb

Sabirabad rayonunda avtomobillə qəza törədərək hadisə yerindən qaçan sürücü saxlanılıb.

SOSİUM.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, Sabirabad Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 22-də Ə.Zülfüqarovun xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsini törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən “VAZ-21074” markalı avtomobilin sürücüsü, Qaralar kənd sakini A.Talıbov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər