“Qapatmağa ehtiyac yoxdur” – Operativ Qərargaha müraciət

“Novruz Bayramı ərəfəsində qorxu var ki, Operativ Qərargah yenə hər yeri qapadacaq”.

SOSİUM.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Fazil Mustafa deyib.

Deputat bildirib ki, heç bir yeri qapatmağa ehtiyac yoxdur:

“Bayram ərəfəsində qiymətlər qalxmaqdadır. Amma buna adekvat gəlir vətəndaşın evinə girmir. Hər yeri bağlamaq, rayonlara yolların bağlanması da doğru qərar deyil. 10 gün tətil müddətində vətəndaş rayonda gedə bilər. Digər tərəfdən polislərin də vəziyyətini düşünmək lazımdır. Polislər hərarəti yox, icazəni yoxlayır. Bu zaman xəstə insan polisləri də xəstələndirə bilər. Digər tərəfdən icazə sistemi ilə tıxaclarda insanlar əziyyət çəkir. Vaksinasiyanı gücləndirmək lazımdır. Bəzi ölkələrdə artıq yaşıl pasport sistemi verilir. Bizdə də bu tətbiq olunmalıdır”.

Oxşar xəbərlər