“Qarabağ” “Sumqayıt”a qarşı oynayacaq

Bu gün Azərbaycan Premyer Liqasında 10-cu tura start veriləcək.

SOSİUM.az xəbər verir ki, ilk oyun günündə bir matç keçiriləcək. Son çempion “Qarabağ” öz meydanında lider “Sumqayıt”la qarşılaşacaq. Eyni – 15 xala malik komandalar arasında görüş saat 16:00-da başlayacaq.

Bu günə nəzərdə tutulan “Sabah” – “Səbail” oyunu bəzi futbolçular yenidən koronavirus testindən keçəcəyi üçün qeyri-müəyyən vaxta təxirə salınıb.

Qeyd edək ki, tura sabah yekun vurulacaq.

21 noyabr

16:00. “Qarabağ” – “Sumqayıt”
Hakimlər: İnqilab Məmmədov, Pərvin Talıbov, Rahil Ramazanov, Kamranbəy Rəhimov
Bakı. “Azersun Arena”

22 noyabr (bazar)

14:00. “Qəbələ” – “Neftçi”
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Müslüm Əliyev, Namiq Bəkirov
Qəbələ şəhər stadionu

16:00. “Zirə” – “Keşlə”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Elçin Məsiyev
Zirə İdman Kompleksinin stadionu

Oxşar xəbərlər