Bu layihələr Qarabağa qayıdışı sürətləndirəcək

Son 30 ildə erməni faşizmi tərəfindən işğal olunan torpaqlarımızın işğaldan azad olunması Azərbaycan dövlətinin əsas prioritet vəzifələrindən biri olmuşdur. Birinci Qarabağ müharibəsindən sonrakı dövrdə ulu öndər Heydər Əliyevin gərgin əməyi sayəsində yenidən qurulan dövlətimiz, cənab Prezident İlham Əliyev tərəfindən daha da möhkəmləndirildi, hərbi, iqtisadi qüdrəti artırıldı, diplomatiya sahəsində əhəmiyyətli inkişafa nail olundu. İqtasadiyyatın və ordu quruculuğunun inkişafı işğal olunmuş torpaqlarımızın azad olunmasına zəmin yaratdı. 44 gün davam edən ikinci Qarabağ müharibəsi nətıcəsində 30 illik işğala son qoyuldu.

İstər müharibə dövründə, istərsə də müharibədən sonra cənab Prezident İlham Əliyevin çıxışlarında azad olunmuş torpaqlarımızda geniş quruculuq işlərinə başlanması haqqında məlumat vermişdi. Doğrudan da azad olunan bütün şəhər və kəndlərimiz erməni vandalizminin dağıdıcı fəaliyyəti nəticəsində xarabalığa çevrilmiş, bütün infrastruktur dağıdılmışdır. Buna görə də cənab Prezident bütün dövlət strukturlarına Qarabağın yenidən qurulması,infrastrukturun bərpası ilə əlaqədar lazımi tapşırıqları vermişdir. Bu sahədə görülən işlər göstərir ki, yaxın illərdə Qarabağda geniş quruculuq işləri görüləcək və orada normalhəyat şəraiti bərpa olunacaq.

“Ağıllı kənd”, “ağıllı şəhər” layihələri azad olunmuş torpaqlarımıza qayıdışı sürətləndirəcək, orada əhalinin məskunlaşmasına şərait yaradacaqdır. Eyni zmanda həmin ərazilərdə kənd təsərrüfatının, sənayenin və digər sahələrin bərpa olunması geniş perspektivlər açır.

Qarabağın yeniden qurulması ölkəyə xarici investisiyaların axınına da şərait yaradır. Torpaqlarımızın azadlığı, yenidənqurma və bərpa işləri hər bir vətəndaşda qürur hissi yaradır. Bütün bunlar, əlbəttə ölkə Prezidenti cənab İlham Əliyevin gərgin əməyi, apardığı uğurlu daxili və xarici siyasətin məntiqli nəticəsidir. İnanırıq ki, Azərbaycan Respublikası yaxın gələcəkdə daha böyük uğurlara imza atacaqdır.

Masallı rayonu Həsənli kənd sakini Abbas Abbaszadə

Oxşar xəbərlər