“Qarabağda ilk konserti özüm verəcəm”

Türkiyəli müğənni Sərdar Ortaç “MTV Azərbaycan”da yayımlanan “10-da görüşək” verilişində virtual qonaq olub.

SOSİUM.az xəbər verir ki, aparıcı Samir Bayramlının Qarabağ döyüşləri haqda suallarını cavablandıran sənətçi azərbaycanlıların bu məsələdə kifayət qədər səbr göstərdiyini söyləyib:

“Qarabağ getdi, Azərbaycan 30 il gözlədi, səbr etdi. Heç nə demədi. İndiki vəziyyətdə müharibə doğrudur. Yetər! Madam ki, sən danışmağı bacarmırsan, təbii ki, müharibə olacaq. Çünki ora bizim torpaqdır. İnşallah, müharibə bitər. Təkrar Qarabağ Azərbaycana qayıtsın, azad olunsun, orada ilk konserti özüm verəcəm!”.

Oxşar xəbərlər