“Qarabağ”dan üç xal qazanmaq istəyirik”

“Həm “Vilyarreal”, həm də “Makkabi” ilə oyun bizim üçün çox şanssız oldu. Son matçda ilk qolu biz vurduq və qırmızı vərəqəyə qədər nəzarət bizdə idi. Hakim sanki azlıqda oynamağımız üçün çalışırdı”.

SOSİUM.az xəbər verir ki, bu sözləri Avropa Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqibi olan “Sivasspor”un baş məşqçisi Rza Çalımbay “Radyospor”a açıqlamasında deyib.

O, qrup mərhələsinin 2-ci turunda evdə “Makkabi”yə uduzduqları (1:2) matçı şərh edərkən heyətdə zədəlilərin çox olmasının onlara problem yaratdığını bildirib. Türkiyəli mütəxəssis qarşıdan gələn “Qarabağ”la görüşə də toxunub:

“Zədəli futbolcularımız olduğu üçün oyunu dəyişməyə çətinlik çəkirik. Amma önümüzə baxmalıyıq. Qarşıda hələ oyunlar var. “Makkabi”ni İsraildə məğlub edəcəyimizi düşünürəm. “Qarabağ”a qalib gələrək üç xal qazanmaq istəyirik”.

Qeyd edək ki, noyabrın 5-də keçiriləcək “Sivasspor” – “Qarabağ” matçı Bakı vaxtı ilə saat 21:55-də başlayacaq.

Oxşar xəbərlər