“Qarabağ”ın oyun təqvimi məlum oldu

“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki oyunlarının təqvimi müəyyənləşib.

SOSİUM.az qurumun saytına istinadən xəbər verir ki, Ağdam təmsilçisi ilk oyununu oktyabrın 22-i səfərdə “Makkabi”yə (İsrail) qarşı keçirəcək. Qurban Qurbanovun baş məşqçisi olduğu komanda son görüşünü də səfərdə oynayacaq. Azərbaycan klubu qrupun son turunda “Vilyarreal”ın (İspaniya) qonağı olacaq.

22 oktyabr

23:00. “Makkabi” (Təl-Əviv, İsrail) – “Qarabağ”

29 oktyabr

21:55. “Qarabağ” – “Vilyarreal” (İspaniya)

5 noyabr

21:55. “Sivasspor” (Türkiyə) – “Qarabağ”

26 noyabr

21:55. “Qarabağ” – “Sivasspor”

3 dekabr

21:55. “Qarabağ” – “Makkabi”

10 dekabr

24:00. “Vilyarreal” – “Qarabağ”

Oxşar xəbərlər