“Qarabağ”ın sabiq futbolçusu: “Ürəyim qırılmışdı…”

Türkiyənin “Kayserispor” klubunda çıxış edən “Qarabağ”ın sabiq futbolçusu Pedro Enrike “Gaz.com” nəşrinə müsahibə verib.

SOSİUM.az xəbər verir ki, 31 yaşlı yarımmüdafiəçi müsahibəsində Azərbaycanda çıxış etdiyi vaxtlar barədə də danışıb.

Braziliyalı oyunçu 2017/2018 mövsümündə Çempionlar Liqasının qrup mərhələsində Bakıda İtaliya “Roma”sına uduzduqları oyundan da danışıb: “Turnirdəki ilk qolu vurmaqla arzuma çatdım. Ürəyim qırılmışdı, “Qarabağ”dan təklif gələn kimi müqavilə ilə məxsus olduğum Yunanıstanın PAOK klubunun prezidentinin məni göndərməsini xahiş etdim. Azərbaycanda çıxış etmək istəyim Çempionlar Liqasının qrupunda oynamaq arzusu ilə bağlı idi. Bu arzumu da gerçəkləşdirdim”.

Qeyd edək ki, Pedro, 2017/18 mövsümünü “Qarabağ”da keçirib. Yarımmüdafiəçi “köhlən atlar”da 19 oyuna 3 qol vurub.

Oxşar xəbərlər