Palata QHT Şurasında yoxlama aparır

Hesablama Palatası Qeyri-Hökumət Təşkilatlarına (QHT) Dövlət Dəstəyi Şurasında yoxlamalar aparır.

SOSİUM.az xəbər verir ki, bunu Hesablama Palatasının mətbuat katibi Nailə Qazıyeva bildirib.

N.Qazıyevanın sözlərinə görə, yoxlamalar tam yekunlaşdıqdan sonra ictimaiyyətə təfərrütalı məlumat veriləcək:

“Hazırda proses yekunlaşmadığından konkret hansı pozuntuların aşkarlandığını açıqlanmır”.

Qeyd edək ki, QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri Milli Məclisin deputatı Azay Quliyevdir.

Oxşar xəbərlər