Qış fəslinin başlayacağı tarix açıqlandı

Azərbaycanda qış fəsli dekabrın 21-də başlayacaq.

SOSİUM.az xəbər verir ki, bunu Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini Xıdır Mikayılov deyib.

Onun sözlərinə görə, qış fəsli dekabrın 21-i saat 14:02:18-də daxil olur.

O bildirib ki, bu zaman Yerin fırlanma oxu Günəş istiqaməti ilə ən böyük bucaq əmələ gətirir və ya Günəş həmin gün üfüqdən minimum hündürlükdə olur: “Həmin tarixdə ən qısa gündüz və ən uzun gecə olur. Gündüzün uzunluğu 9 saat 17 dəqiqə 22 saniyə, gecənin uzunluğu isə 14 saat 42 dəqiqə, 38 saniyə olacaq”.

Oxşar xəbərlər