Qızılın qiyməti barədə yeni proqnoz

Böyük Britaniyanın bank və maliyyə xidmətləri şirkəti “Standard Chartered Bank” fərdi investorların alışlarının artmasının qızılın qiymətinin daha da yüksəlməsinə dəstək olacağını nəzərdə tutur.

SOSİUM.az xəbər verir ki, bankın qiymətli metallar üzrə analitiki Suki Cooper bildirib:, “Qızılın qiyməti hazırda altı ilin ən yüksək səviyyəsinə qalxmaqla bərabər “etibarlı liman” alışları davam edir. Qızılın unsiyasının qiymətinin 2019-cu ilin dördüncü rübündə orta hesabla 1510 dollar və gələn ilin eyni dövründə isə 1570 dollar təşkil edəcəyini təxmin edirik”.

Bu il qızıl, mərkəz bankların faizləri endirmələri və ABŞ ilə Çin arasında davam edən ticarət müharibəsi şəraitində qlobal inkişafın ləngiməsinin “etibarlı liman” alışlarını dəstəkləməsilə 16 faiz dəyər qazanıb.

Oxşar xəbərlər