“Həyatda sənə o qədər borcluyam ki”

Müğənni Rəqsanə İsmayılova sosial şəbəkə hesabında təsirli paylaşım edib.

SOSİUM.az xəbər verir ki, sənətçi qızı ilə həyat yoldaşının “Babam” mahnısına rəqs edərkən lentə alınan videosunu paylaşaraq, yoldaşına yaxşı ata olduğu üçün minnətdarlıq edib:

“Həyatda sənə o qədər borcluyam ki, mənim övladlarıma arxa, dayaq olduğun üçün. Allah sənə can sağlığı versin. Hər zaman ailəmizin basında olasan. Özüm ata qayğısından çox uzaq olmuşam. Hər zaman atalı övladlara həsrətlə baxmışam. Çox şükür övladlarım sənin sayəndə bu qayğıdan məhrum olmadı. Allahım heç bir övladı valideynsiz etməsin. Sənin ürəyin sənin böyüklüyündür. Sən mənim övladlarıma göstərdiyin qayğını hər insan bacar bilməz. Mənim qadın kimi xoşbəxtliyimi birinci Allahıma, ikinci sənə borcluyam”.

Oxşar xəbərlər