Ramiz Mehdiyev AMEA-nın prezidenti seçildi

Bu saatlarda Rəyasət Heyətində Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) yeni prezidenti seçilib

SOSİUM.az xəbər verir ki, tədbirdə AMEA-nın prezidentliyi vəzifəsindən ötən gün istefa vermiş akademik Akif Əlizadə çıxış edib.

O, alimlərə müraciət edərək, akademik Ramiz Mehdiyevi AMEA-nın prezidenti seçməyə səsləyib.

Daha sonra Ramiz Mehdiyev AMEA-nın prezidenti seçilib.

Qeyd edək ki, Ramiz Ənvər oğlu Mehdiyev 1995-ci ildən bu günədək Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri olub.

AMEA-nın həqiqi üzvü, Həqiqi Dövlət müşaviridir.

Akademik Ramiz Mehdiyev 2007-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü seçilib. Hazırda onun 81 yaşı var.

Oxşar xəbərlər