Həsən Ruhani Bakıda mühüm açıqlama verdi

İran xalqı daim Azərbaycan dövlətinin və Azərbaycan xalqının yanında olub və olacaq. Bunu prezident Həsən Ruhani deyib.

SOSİUM.az xəbər verir ki, Azərbaycan prezidenti İlham Əliyev cümə axşamı Bakıda Qoşulmama Hərəkatının XVIII sammiti çərçivəsində iranlı həmkarı Həsən Ruhani ilə danışıqlar aparıb. Bu barədə dövlət başçısının saytında məlumat verilir.

“Azərbaycanda və İranda olan mövcud hakimiyyət və mövcud dövlətlər iki ölkənin mənafeyinin, iki ölkənin rifahının və xalqların rifahının qaldırılması üçün yaxşı işlər görürlər. Mən sizi əmin edirəm ki, İran dövləti və İran xalqı daim Azərbaycan dövlətinin və Azərbaycan xalqının yanında olub və olacaqdır”, – Ruhani Əliyev ilə görüş zamanı bildirib.

O qeyd edib ki, azərbaycanlı həmkarı ilə bugünkü görüşdə hər iki tərəfi maraqlandıran mövzular haqqında fikir mübadiləsi aparacağına ümid edir.

Oxşar xəbərlər