Rusiya 3 ölkə ilə uçuşları bərpa edir

Rusiya Misir, BƏƏ və Maldiv adaları ilə beynəlxalq uçuşları bərpa edir.

SOSİUM.az “TASS” agentliyinə istinadən xəbər verir ki, Rusiya Baş Naziri Mixail Mişustin Misir, BƏƏ və Maldiv adaları ilə beynəlxalq uçuşların qarşılıqlı bərpa edilməsi barədə fərman imzalayıb.

“Misirə (Qahirə) həftədə üç uçuş, Birləşmiş Ərəb Əmirliklərinə (Dubay) iki uçuş, Maldiv Adalarına (Velana hava limanı) iki uçuş həyata keçiriləcək”,- deyə sənəddə qeyd edilib.

Bundan əlavə, Nazirlər Kabineti İsveçrə ilə aviareyslərin həftədə dörd uçuşa qədər artırılacağını da açıqlayıb.

Oxşar xəbərlər