Ermənistandan pomidor idxalına qadağa qoyulur

Rusiya Ermənistandan idxal olunan pomidora məhdudiyyət qoya bilər. “Qafqazinfo” xəbər verir ki, buna səbəb ölkəyə gətirilən tərəvəz növündə “pepino mozaika” virusunun aşkarlanmasıdır.

SOSİUM.az xəbər verir ki, Baytarlığa Nəzarət üzrə Federal Xidmətin məlumtına görə, Rusiyaya tədarük olunan tərəvəzlərdə sözügedən virus yenidən aşkarlanarsa, məhdudiyyət tətbiq olunacaq. Vurğulanıb ki, həmin virus təhlükəlidir, Rusiyada tərəvəz yetişdirilməsinə böyük ziyan vura bilər.

Bundan əvvəl Federal Xidmət eyni səbəblərdən Niderland, Belçika və Fransadan pomidor idxalını qadağan etmişdi.

Oxşar xəbərlər