“Rusiya tərəflərdən heç birini dəstəkləmir”

Rusiya Dağlıq Qarabağ münaqişəsinin həllinə tərəfdardır və tərəflərdən konkret olaraq heç birini digərinə qarşı dəstəkləmir.

SOSİUM.az xəbər verir ki, bunu Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya söyləyib.

“Türkiyə ənənəvi olaraq Azərbaycanı dəstəkləyir. Bunu bilirik. Amma bu o demək deyil ki, Azərbaycana qarşı Ermənistanın tərəfindəyik. Bu belə deyil. Biz ədalətli həlli, atəşin dayandırılmasını, hərbi əməliyyatların bitməsini dəstəkləyirik”.

Nebenzya tərəfləri təmkinli olmağa çağırıb.

Oxşar xəbərlər