Şoyqu: “Rusiya qan tökməyə imkan verməz”

Rusiya Dağlıq Qarabağda qan tökülməsinə imkan vermək niyyətində deyil.

SOSİUM.az xəbər verir ki, bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu Yerevanda Ermənistanın baş naziri Nikol Paşinyanla görüşü zamanı deyib.

O bildirib ki, bundan sonra Qarabağda dinc həyatın təmin olunması üçün çox iş görmək lazımdır:

“Bizim tərəfimizdən ən böyük tapşırıq qan tökülməsinin qarşısını almaqdır. Bu tapşırığı bizim qarşımızda ali baş komandanımız qoyub və biz bunu icra etmək niyyətindəyik. Biz buraya böyük planla gəlmişik, onu reallaşdırmağa ümid edirik”.

Oxşar xəbərlər