Rusiyada dayanacağı atəşə tutdular: 4 ölü

Rusiyanın Nijni Novqorod vilayətinin Bolşeorlovski qəsəbəsində naməlum şəxs avtobus dayanacağını atəşə tutması nəticəsində ölənlərin sayı 4 nəfərə çatıb.

SOSİUM.az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Fövqəladə hallar xidmətindən bildirilib.

Qeyd edilib ki, daha 5 nəfər müxtəlif dərəcəli ağır yaralanıb, onlardan üçü xəstəxanaya yerləşdirilib.

Hüquq-mühafizə orqanlarındakı mənbənin açıqlamasına görə, cinayətkar avtobus dayanacağına getməzdən əvvəl nənəsini öldürməyə çalışıb.

Oxşar xəbərlər