Blogger azərbaycanlı nazirlə eşq yaşadığını açıqladı

Rusiyada öz dəbdəbəli həyatı ilə məşhurlaşmış zəngin iş adamı olan Olqa Leybman öz instaqram hesabında maraqlı etiraf edib.
SOSİUM.az sfera.az-a istinadən xəbər verir ki, o deyib: İllər öncə Azərbaycanın idman naziri ilə münasibəti olub.
Olqa Leybmanın kimliyini araşdırmaq qərarına gəldik.
Olqa Leybman iş adamıdır. Özünü daşınmaz əmlak biznesindən kinomotaqrafiyaya qədər müxtəlif sahələrdə sınayıb. Hal-hazırda sağlam həyat tərzİ və dietalar ilə bağlı bloqer kimi məşhurdur.
Olqa Leybman hal-hazırda 3-cü əri olan Kiril Yakovlevlə yaşayır. Kiril xüsusi xidmət orqanının əməkdaşıdır. Olqanın ilk həyat yoldaşı Dinamo Futbol Klubunun oyunçusu, ikinci həyat yoldaşı isə Amerikalı iş adamı olub.
Olqa həm də Moskvanın ən lüks səmti olan Rublyovkadakı dəbdəbəli villası ilə məşhurdur.
Xanım iş adamı həm də bahalı maşınların həvəskarıdır.
Araşdırmalarımız göstərdi ki, Olqa Leybmanın Azərbaycanlı dostları az deyil və xanım iş adamı bir neçə dəfə Azərbaycanı ziyarət edib.
Maraqlıdır görəsən Rusiyada milyonlarla insanın rəğbətini qazanmış bu xanımın qəlbini fəth edən Azərbaycanlı Nazir kim olub?
Araşdırmalarımız davam edəcək.





Oxşar xəbərlər