Şəhid Cəbrayılın ailəsinə yeni mənzil verildi

Vətən müharibəsində xüsusi rəşadət göstərərək şəhid olan hərbi qulluqçu Cəbrayıl Dövlətzadənin ailəsinə yeni mənzil verilib.

SOSİUM.az xəbər verir ki, yeni mənzil C.Dövlətzadənin ailəsinə təqdim edilib.

Qeyd edək ki, 19 yaşlı C.Dövlətzadə 2020-ci il sentyabrın 28-də Murovdağ döyüşləri zamanı şəhid olub və İkinci Şəhidlər xiyabanında dəfn olunub.

Şəhid C.Dövlətzadə Vətən müharibəsində ermənilərin bir general və 2 polkovnikini təkbaşına məhv etdikdən sonra qəhrəmancasına şəhid olub. O, Prezident İlham Əliyevin sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda” medalı və “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilib.

Oxşar xəbərlər