Səhiyyə Nazirliyindən spirtlə bağlı ÇAĞIRIŞ

Səhiyyə Nazirliyi spirtlə bağlı əhaliyə çağırış edib.

SOSİUM.az-ın məlumatına görə, bu barədə qurumun Analitik Ekspertiza Mərkəzi məlumat yayıb.

“Apteklərdə satışda olan dezinfeksiyaedici etanol tərkibli məhluldan (tibbi etil spirti) yalnız dezinfeksiya məqsədilə istifadə olunması tövsiyə olunur. Bu məhlulun hər hansı durulaşmada daxilə qəbulu təhlükəlidir və yolverilməzdir. Əhalini diqqətli və ehtiyatlı olmağa çağırırıq”, – deyə məlumatda qeyd edilib.

Oxşar xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir