Səhiyyəyə ayrılan vəsait 2 milyard olacaq

Gələn il Azərbaycanın dövlət büdcəsində səhiyyə üçün ayrılacaq vəsaitin xüsusi çəkisi açıqlanıb.

SOSİUM.az xəbər verir ki, bu, Maliyyə Nazirliyinin Azərbaycan Respublikasının 2021-ci ilin dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə dair açıqlamasında əksini tapıb.

Gələn il səhiyyəyə ayrılan vəsaitin həcmi büdcə xərclərinin 7,9 faizi həcmində olacaq.

Qeyd edək ki, 2021-ci ildə Azərbaycanın dövlət büdcəsinin gəlirləri 24 327,0 mln. manat, 2021-ci ildə dövlət büdcəsinin xərcləri 25 847,5 mln. manat məbləğində proqnozlaşdırılır. Beləliklə, gələn il səhiyyəyə ayrılacaq vəsaitin həcmi 2 milyard manatdan çox olacaq.

Oxşar xəbərlər