Səkinə Babayevadan bayram təbriki

Azərbaycan Qadın Sahibkarlarlığının İnkişafı Assosiasiyası  İdarə Heyətinin sədri, Bakı Tekstil Fabrikinin direktoru Səkinə Babayeva Ramazan bayramı münasibətilə soydaşlarımızı təbrik edib.

Təbrikdə deyilir:

On bir ayın sultanı Ramazan ayı sevgi, mərhəmət, həmrəylik və həm də sağlamlıq ayıdır. Bu müqəddəs bayramı ilk dəfə çox həyəcanlı, narahat bir zaman kəsiyində qeyd edirik! Arzu edirəm ki, bu Ramazan insanlığın xilası ilə yaddaşlarımıza həkk olunsun.

Uca Yaradandan bu əziz bayram şərəfinə insanlığa rəhm etməsini, millətimizə birlik, sülh, hüzur, ölkəmizə əmin-amanlıq, ailələrinizə xoşbəxtlik, rifah, gözəllik, bolluq-bərəkət gətirməsini arzulayıram!

Ramazan Bayramı həm də mükafat bayramıdır. Arzu edirəm ki, Tanrı bu gözəl gündə hamımızı öz mərhəmətiylə mükafatlandıraraq, oruc və dualarımızı qəbul etsin!

Ramazan bayramınız mübarək olsun!

Oxşar xəbərlər