Ermənilər Saakaşviliyə qarşı hücuma keçdilər

Gürcüstanın keçmiş Prezidenti Mixail Saakaşvilinin Azərbaycana dəstək olması işğalçı Ermənistan tərəfini narahat edib.

SOSİUM.az xəbər verir ki, düşmən ölkənin Təhsil, Mədəniyyət və İdman naziri Arayik Harutyunyan sosial mediada paylaşım edərək Saakaşvilini tənqid edib.

O, gürcü siyasətçinin İrəvan Dövlət Universitetindəki fəxri doktor ünvanının geri alınması barədə tələbin irəli sürüldüyünü bildirib.

Harutyunyan, həmçinin Ermənistanda Saakaşvilinin “Şərəf” ordeninə layiq görüldüyünü xatırladıb.

Xatırladaq ki, M. Saakaşvili bir neçə gün öncə verdiyi açıqlamada Dağlıq Qarabağın Azərbaycanın suveren ərazisi olduğunu bəyan etmişdi.

Oxşar xəbərlər