“Sabah”ın 5 futbolçusu koronavirusa yoluxdu

“Sabah”ın daha 5 futbolçusu koronavirusa yoluxub.

SOSİUM.az xəbər verir ki, klubun mətbuat xidmətinin rəhbəri Elnur Həmidovun verdiyi məlumata görə, bunlar Nikola Vuyadinoviç, Ozan Can Kökcü, Slavik Alxasov, Məhəmməd Mirzəbəyov və Kevin Kubembadır.

Onun sözlərinə görə, bundan əvvəl isə Coşqun Diniyev, Yevgeni Koçuk və Xulio Rodriqesdə virus aşkarlanıb. Testlərinin cavabları keçən həftə pozitiv çıxan bu 3 oyunçu bugünlərdə yenidən test verəcək.

Qeyd edək ki, kütləvi yoluxma səbəbindən Azərbaycan Premyer Liqasının 12-ci turunda keçirilməli olan 3 göüş təxirə salınıb. “Sabah” dekabrın 5-də evdə “Neftçi” ilə qarşılaşmalı idi.

Oxşar xəbərlər