Sabahın hava proqnozu: Külək, duman

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu, əsasən yağmursuz olacaq.

SOSİUM.az xəbər verir ki, səhər bəzi yerlərdə zəif duman olacaq.

Şimal-şərq küləyi gündüz mülayim cənub küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 12-16° isti, gündüz 20-23°, Bakıda gecə 12-14° isti, gündüz 21-23° isti təşkil edəcək.

Atmosfer təzyiqi 763 mm civə sütunu, nisbi rütubət gecə 70-80 %, gündüz 50-60 % təşkil edəcək.

Oktyabrın 28-də Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin səhər bəzi şimal və şərq rayonlarında yağış yağacağı gözlənilir. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 9-14° isti, gündüz 20-25° isti, dağlarda gecə 2-7° isti, gündüz 9-14° isti təşkil edəcək.

Oxşar xəbərlər