“Azərbaycan Ordusu döyüşdə tarix yazır”

“Neftçi” və “Xəzər Lənkəran”ın fiziki hazırlıq üzrə sabiq məşqçisi Canni Melkiorre Azərbaycan Ordusunun döyüş meydanında qazandığı tarixi uğurlara biganə qalmayıb.

SOSİUM.az xəbər verir ki, italiyalı mütəxəssis “facebook” səhifəsi üzərindən Şuşanın işğaldan azad olunması münasibəti ilə xalqımızı təbrik edib.

“Həyatımın vacib və unudulmaz illərini keçirdiyim Azərbaycanı, oradakı insanları və bu gözəl ölkədəki çoxsaylı dostlarımı torpaqların azad olunması münasibətilə təbrik edirəm. Gələcəkdə onlara xoşbəxtlik, sevgi, xüsusilə də sülh arzulayıram”, – o bildirib.

Qeyd edək ki, Canni Melkiorre “Neftçi” və “Xəzər Lənkəran”la yanaşı, Türkiyənin “Qalatasaray”, Rumıniyanın “Astra”, “Petrolul” və ÇFR klublarında da işləyib.

Oxşar xəbərlər