Sabiq səfir: “Vicdanınız olsun, montajdır!” – VİDEO

“Xarici işlər naziri Elmar Məmmədyarov barəsində sosial şəbəkələrdə qərəzli və həqiqətəuyğun olmayan videorolik paylaşılıb. Məqsədli şəkildə hazırlanan və paylaşılan videorolikdə guya nazir Elmar Məmmədyarovun erməni musiqisinin sədaları altında rəqs etməsi göstərilir”.

SOSİUM.az yenizaman.az-a istinadən xəbər verir ki, bunu Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərindəki keçmiş səfiri Daşqın Şikarov xarici işlər naziri Elmar Məmmədyarov barəsində sosial şəbəkələrdə aparılan “qara piar”a etiraz edərkən deyib.

Qeyd edək ki, bu gün sosial şəbəkələrdə Elmar Məmmədyarovun guya oğlunun toyunda erməni mahnısına oynadığını əks etdirən saxta video yayılıb. Bəzi izləyicilər isə montaj edilmiş videonun həqiqi olmadığının fərqinə varmadan nazirin ünvanına sərt ifadələr yazıblar.

Xatırladaq ki, Azərbaycanın Xarici işlər naziri Elmar Məmmədyarovun oğlu Riyad Məmmədyarovun toyu 2019-cu il avqustun 18-də ABŞ-da olub. Riyad Məmmədyarov və onun amerikalı xanımı Aleks Zapallanın toyundan görüntülər hələ o zaman əksər saytlarda da yayımlanmışdı. Görüntülərdə Elmar Məmmədyarovun ailə quran gənclərlə birlikdə müğənni Eyyub Yaqubovun “Azəri torpağı” adlı mahnısının sədaları altında rəqs etdiyi görünür.

Oxşar xəbərlər