Şagird yerdəyişməsinə start verilir

17 fevral saat 11:00-dan etibarən şagirdlərin elektron yerdəyişməsi prosesi davam etdiriləcək.

Təhsil Nazirliyindən SOSİUM.az-a bildirilib ki, şagird yerdəyişməsinin elektronlaşdırılması bu prosesdə məktəb və valideyn arasında olan məsafənin azaldılmasına və valideynin təhsil müəssisəsi ilə təmasının daha şəffaf şəkildə təşkilinə xidmət edir.

Qeyd edək ki, yanvarın 8-dən fevralın 17-dək şagirdlərin elektron yerdəyişməsi (www.sy.edu.az) portalı vasitəsilə sorğuların qəbulu məktəblərdə siniflərin II yarımil üçün komplektləşdirilməsi ilə bağlı müvəqqəti olaraq dayandırılmışdı.

Oxşar xəbərlər