“Şahdəniz” yatağı yüksək hasilata çatacaq

Müharibəyə baxmayaraq, Azərbaycan qaz kəmərinin Avropada genişləndirilməsi işlərini davam etdirəcək.

SOSİUM.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Sərmayələr və Marketinq üzrə vitse-prezidenti Elşad Nəsirov deyib.

O bildirib ki, Azərbaycan təbii qazının Cənubi Avropaya nəql edilməsini təmin edən boru kəməri layihəsi üzrə planların həyata keçirilməsini davam etdirəcək və artıq iki həftə ərzində Trans Adriatik Boru (TAP) kəmərinin yeni infrastruktur hissəsi hazır olacaq.

SOCAR-ın vitse-prezidenti əlavə edib ki, beynəlxalq miqyasda Azərbaycanın bir hissəsi kimi tanınan, lakin, hazırda etnik cəhətdən ermənilərin məskunlaşdığı və müvafiq separatçı rejim tərəfindən idarə olunan Dağlıq Qarabağda gedən döyüşlər Azərbaycanda neft və qaz boru kəmərlərinin təhlükəsizliyi üçün narahatlığı artırır.

Elşad Nəsirov vurğulayıb ki, BP şirkəti ötən ay Bakı-Tbilisi-Ceyhan neft kəmərinə hücum edilməsi ilə əlaqədar Azərbaycandakı müəssisələrində təhlükəsizliyi gücləndirməyə çalışdığını bildirib. Lakin, Ermənistan tərəfi boru kəmərlərini hədəf aldığını inkar edib.

Məlumatda qeyd edilib ki, “Şahdəniz” yatağının 2023-cü ildə ən yüksək hasilata çatacağı gözlənilir, bununla da TAP tam gücü ilə fəaliyyət göstərəcək.

Oxşar xəbərlər