Sahibkarlara daha bir “yaşıl işıq”: Yeni vergilər, məcburi ödənişlər təxirə salınır

Azərbaycan hökuməti sahibkarların fəaliyyətinə daha bir “yaşıl işıq” yandırır.

SOSİUM.az-ın məlumatına görə, Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatlarının Milli Konfederasiyası arasında 2020-2022-ci illər üçün bağlanmış Baş Kollektiv Sazişdə bununla bağlı strategiya açıqlanıb.

Strategiya sahibkarların fəaliyyətini ağırlaşdıran yeni qaydalar, o cümlədən qanunvericilikdə yeni vergilər, məcburi dövlət ödənişləri ilə bağlıdır.

Tərəflər bu sahədə müvafiq dəyişikliklər qəbul edilərkən onların bir il sonra qüvvəyə minməsi barədə müddəanın qanunvericiliyə əlavə edilməsinə nail olunması barədə öhdəlik götürüblər.

Oxşar xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir