Şahin Seyidzadə talessemiya xəstələri üçün qan verdi – FOTO

Milli Məclisin deputatı Şahin Seyidzadə talessemiya xəstəliyindən əziyyət çəkən uşaqlar üçün qan verib.

Deputat bununla bağlı feysbuk paylaşımında yazıb:

#Karantin müddətində qan donorların azlığı səbəbindən #talessemiya xəstəliyindən əziyyət çəkən xəstələr üçün Qan Bankında çatışmazlıqlar müşahidə olunur.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) çağırışına qoşularaq xəstəlikdən əziyyət çəkən vətəndaşlara öz dəstəyimi göstərmək üçün #donor oldum.

Bu prosesdə öz peşəkarlığı ilə köməklik göstərən Milli Hematologiya və Transfuziologiya Mərkəzi – Qan Bankının personalı başda olmaqla, xəstələrimizə dəstək olan qan donorlarına təşəkkürümü bildirərək, hər birinizi donor olaraq həyat xilas etməyə səsləyirəm!

#TƏBİB #QanBankı #qanverhəyatqurtar #qanvermə #donorol #covid19 #MilliMəclis #seyidzade50

Oxşar xəbərlər