Ramiz Mehdiyevin yerinə təyinat oldu – PA rəhbəri bu şəxs oldu

Prezident İlham Əliyev Samir Nuriyevin Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri təyin edilməsi haqqında sərəncam imzalayıb.

SOSİUM.az xəbər verir ki, sərəncama əsasən, Samir Rafiq oğlu Nuriyev Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri təyin edilir.

Bundan əvvəlki sərəncamla S.Nuriyev Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri vəzifəsindən azad edilib.

Oxşar xəbərlər